EN

"Musa orada olmasaydı, daha çox danışardım" -Qurban Qurbanov

Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuzda "Kəpəz"lə qolsuz bərabərliyə razılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb: 

"Təzyiq yaratmalıydıq. Amma meydan sulanmamışdı. Texniki işçilərin işləri qurtarmışdı, evə getmişdilər. Belə şəraitdə oynamaq rahat deyil. Top getmirdi. Meydanda həzz alınacaq bir şey yox idi. Meydan amili böyük rol oynadı.

İntizam Komitəsinin qərarları? Cəzalar niyə verildi ki? Harda yazılıb ki, hər etiraz edənə qırmızı verilir? Musa orada olmasaydı, daha çox danışardım. Meydandakı etirazlar da futbolun bur parçasıdır. Santos ondan qabaq eyni hərəkəti Yassin Benziaya qarşı etmişdi. İki oyun onlara, bir oyun bizimkilərə? Həmin hadisədən sonra elə məsələ qaldırıldı ki, sanki biz onları döymüşük. Hər gün müzakirə gedir. Hakimlər var idi, VAR var idi. Onda hakimləri də cəzalandırsınlar. Mən heç vaxt hakimlikdən şikayətlənmirəm. Oyunda qırmızı vərəqə verilirsə, verilsin. 5 gün sonra vərəqə verilir? Onda hakimlər də cəzalandırılsın. Futbolda emosionallıq edən qovulmalıdır ki? Avropada belə deyil axı. Epizodları özüm də izləmişəm. Bu haqda daha çox danışmaq olar".

Nihat

Chosen
17
fanat.az

1Sources