EN

"Euronews" televiziyası Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb

Bakı. TurkicWorld:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində əhəmiyyətli dəyişim baş verməyib.

TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə dəyişməyərək 73,25 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,02 dollar/barel, minimum isə 72,81 dollar/barel olub.

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə eynidir. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,74 dollar/barel, minimum isə 71,59 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,1 ABŞ dolları və ya 0,17% azalaraq, 56,17 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 56,88 dollar/barel, minimum isə 55,69 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 71,50 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,23 dollar/barel, minimum isə 71,04 dollar/barel təşkil edib.

Neftin növü / tarix

10.03.2025

11.03.2025

12.03.2025

13.03.2025

14.03.2025

Orta qiymət

Azeri LT CIF

$72,81

$72,92

$74,02

$73,21

$73,32

$73,25

Azeri Light FOB Ceyhan

$71,59

$71,69

$72,74

$71,9

$71,97

$71,98

Urals (EX NOVO)

$55,69

$55,8

$56,88

$56,09

$56,39

$56,17

Dated Brent

$71,04

$71,15

$72,23

$71,39

$71,66

$71,50

Chosen
7
turkic.world

1Sources