EN

Nura Suri onu təhqir edən izləyicisini polisə şikayət etdi

Müğənni Nura Suri sosial şəbəkələrdə uzun müddətdir təhqir və istenməyən mesajlarla üzləşdiyini bildirib. O, bu barədə sosial media hesabında paylaşım edərək üç ildir ki, eyni şəxsin bütün paylaşımlarının altında nalayiq ifadələr yazdığını qeyd edib.


Nura Suri yazır ki, həmin şəxs əvvəllər psixoloji problemləri olan qardaşının bu mesajları yazdığını iddia edərək üzr istəyib, lakin bir müddət sonra yenidən eyni hərəkətləri təkrarlayıb. Müğənni polisə müraciət etdiyini, lakin hər dəfə eyni situasiya ilə qarşılaşdığını vurğulayıb.


“Polisə şikayət edəndə utanıram, çünki onların işi cinayətkarları tutmaqdır, şərhlərdə ağzına gələni yazanları yox. Amma başqa çıxış yolum qalmır. Şikayət etdikdən sonra ya üzr istəyirlər, ya da tanış dost tapıb xahiş edirlər ki, şikayəti geri çəkim,” – deyə Nura Suri bildirib.


O, insanları sosial mediada etik davranmağa çağırıb və heç kəsə qarşı belə hərəkətlərin edilməməsini istəyib. Müğənni həmçinin təhqiramiz mesaj yazan şəxsin nömrəsini və şəklini paylaşmadığını qeyd edib.


Chosen
34
news365.az

1Sources