Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" "Kəpəz"ə qarşı səfər oyununda qolsuz heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov oyunun təşkilatından narazılığını dilə gətirib. Ağdam təmsilçisinin baş məşqçisi matçın gedişatına Tovuz şəhər stadionunda süni örtüyün sulanmamasının təsir göstərdiyini bildirib:
"Rəqibə daha çox təzyiq etmək lazım idi, lakin isti hava və süni örtük təsirini göstərirdi. Meydançanı oyundan əvvəl sulamamışdılar. Yəqin həmin işə baxan şəxslər evə getmişdi. Bu gün futbola əks hər şey var idi. Belə şəraitdə futbol oynamaq asan deyil. Rəqib oyunun tempini salırdı. Hakim də onlara qoşulmuşdu. "Kəpəz"ə uğurlar arzulayıram".
Qurban Qurbanov "meydançanın sulanmamasının məsuliyyətini kim daşıyır?" sualına "bilmirəm", deyə cavab verib.