EN

Super Liqa: “Beşiktaş” uduzdu, “Trabzonspor” 3 qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Başakşəhər”lə qarşılaşan “Trabzonspor” yeni baş məşqçisi Fatih Tekkenin rəhbərliyi altındakı ilk oyununda darmadağına sevinib.

“Qaziantep” doğma meydanda “Kayserispor”u, “Kasımpaşa” isə “Alanyaspor”u məğlub edib. “Konyaspor”un qonağı olan “Beşiktaş” da növbəti məğlubiyyətinə üzülüb.

28-ci turun qalan görüşləri martın 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
28-ci tur
14 mart

Qalatasaray – Antalyaspor 4:0
Qollar: Osimhen, 30; 45+3; 52. Morata, 45-pen.

15 mart

Qaziantep – Kayserispor 1:0
Qol: Okereke, 52.

Kasımpaşa – Alanyaspor 2:1
Qollar: Fall, 30. Hayradinoviç, 36-pen – Vilyena, 38.

Başakşəhər – Trabzonspor 0:3
Qollar: Banza, 6. O.Tufan, 62. Mendi, 87.

Konyaspor – Beşiktaş 1:0
Qol: U.Yazğılı, 45.

16 mart

13:30. Rizəspor – Bodrumspor
17:00. Göztəpə – Eyüpspor
17:00. Hatayspor – Sivasspor
21:30. Fənərbağça – Samsunspor

Chosen
24
1
arena.az

2Sources