Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Maynts” – “Frayburq”, həmçinin “Union Berlin” – “Bayern” matçında qalib müəyyənləşib. “Auqsburq” doğma meydanda “Volfsburq”u bir qol üstələyib. Altı qolluq “Verder” – “Borussiya” (Mönhenqladbax) matçında qonaqlar qələbə qazanıblar. “Leypsiq” də Dortmund “Borussiya”sını məğlub yola salıb.
26-cı turun qalan görüşləri martın 16-da keçiriləcək.
Almaniya, Bundesliqa
26-cı tur
14 mart
Sankt Pauli – Hoffenhaym 1:0
Qol: Vayshaupt, 51.
15 mart
Auqsburq – Volfsburq 1:0
Qol: Tiets, 53.
Maynts – Frayburq 2:2
Qollar: Burkardt, 34. Olsen, 74 – Qreqoriç, 58. Kubler, 79.
Union Berlin – Bayern 1:1
Qollar: Hollerbax, 83 – Sane, 75.
Verder – Borussiya (Mönhenqladbax) 2:4
Qollar: Şmid, 39. Andre Silva, 45+1-pen – Plea, 7; 28; 47. Klayndienst, 81.
Leypsiq – Borussiya (Dortmund) 2:0
Qollar: X.Simons, 18. Openda, 48.
16 mart
18:30. Boxum – Ayntraxt
20:30. Haydenhaym – Holştayn
22:30. Ştutqart – Bayer