Suriyanın Latakiya şəhərində evdə baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, partlayış şəhərin cənubundakı Er-Raml məhəlləsində dörd mərtəbəli binanı dağıdıb.
Xilasedicilər və yerli sakinlər yaralıların və itkin düşənlərin axtarışını davam etdirirlər.
Hadisənin səbəbləri aydınlaşdırılır.
Bizim.Media