EN

ABŞ-da tornado və fırtınalar 16 nəfərin həyatına son qoyub

ABŞ ərazisində tüğyan edən fırtına və tornadolar nəticəsində ən azı 16 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd olunub ki, Missuri ştatında on nəfər, Arkanzasda və Texasda isə hər birində üç nəfər təbii fəlakətin qurbanı olub.

Arkanzasın səkkiz qraflığında daha 29 nəfərin yaralandığı, Missuri ştatında isə 316 min istehlakçının işıqsız qaldığı qeyd edilib.

Bildirilib ki, tornado xəbərdarlığı ölkənin digər ştatlarında da edilib.

Chosen
44
7
ikisahil.az

10Sources