EN

“Naxçıvan” uğursuz seriyaya son qoydu, “Sabah” yenə qazandı

Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.

Sportinfo.az xəbər verir ki, turun daha 3 matçı baş tutub.

B qrupunda turun son matçı Gəncədə keçirilib. Şəhərin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Ordu”nu sınağa çəkib.

Gərgin keçən matç ev sahiblərinin qələbəsi ilə bitib. Bu qələbə "Gəncə"ni birinci pilləyə yüksəldib.

Digər iki görüş A qrupunda olub. “Sabah” “Abşeron”la görüşdə əziyyət çəkməyib. Çempion 33 xallıq fərqlə qalib gəlib.

Son turları uğursuz keçirən “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, sona yaxın rəqib komanda hesab arasındakı fərqi azaldıb.

Buna baxmayaraq, komanda iki turdan sonra iki xallıq fərqlə qələbə qazanıb.

Tura bu gün yekun vurulacaq.

B qrupu
“Gəncə” – “Ordu” - 84:74 (22:8, 19:18, 17:20, 26:28)

Gəncə İS

A qrupu
“Sabah” – “Abşeron” - 99:64 (23:12, 16:10, 31:21, 29:21)

Sərhədçi İM

“Naxçıvan” – “Sərhədçi” - 68:66 (21:17, 12:10, 16:12, 19:27)
Sərhədçi İM

yer

komanda

O

Q

M

X

1

Gəncə

18

14

4

32

2

Şəki

18

14

4

32

3

Ordu

18

11

7

29

4

Sumqayıt

18

7

11

25

5

Quba

18

5

13

23

6

Lənkəran

18

3

15

21

1

Sabah

18

14

4

32

2

Naxçıvan

18

12

6

30

3

Neftçi

17

8

9

25

4

Abşeron

18

7

11

25

5

Sərhədçi

18

6

12

24

6

NTD

17

6

11

23

Chosen
29
sportinfo.az

1Sources