EN

Serbiya Prezidenti etirazlar zamanı yaralananların sayını AÇIQLADI

Belqradda etiraz aksiyası zamanı 56 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Publika.az "Tanyuq" agentliyinə istinadla xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

“Ümumilikdə 44 nəfər təcili tibbi yardım mərkəzinə, 11 nəfər Zvezdara Klinik və Hospital Mərkəzinə, 1 nəfər isə Zemun xəstəxanasına yerləşdirilib", - Vuçiç bildirib.

Bundan əvvəl Serbiya Daxili İşlər Nazirliyi Belqradda nümayişçilərin sayını 107 min nəfərə çatdığını bildirib.

Chosen
64
publika.az

1Sources