EN

Dua Lipa açıq-saçıq libasda pozalar verdi - FOTO

Alban əsilli məşhur müğənni Dua Lipa transparan libasda poza verib. SİA xəbər verir ki, o, lentə alınan fotoları "Instagram" hesabında paylaşıb. Kristal və süni almazdan hazırlanmış açıq-saçıq libas geyinən sənətçi, ürək formasında olan fiqurun üzərində əzalarını nümayiş etdirib, görünüşünü isə kütləvi sırğalarla tamamlayıb. Müğənninin saçları düzləşdirilib və ona qara göz layneri ilə makiyaj edilib.

Xatırladaq ki, dekabrın 27-də məlum olub ki , Kallum Törner bir illik görüşdən sonra müğənni Dua Lipaya evlilik təklif edib. Cütlüyün dostları "The Sun"a bildiriblər ki, məşhurlar sakitcə nişanlanıb və Yeni il gecəsi tədbiri sevdikləri ilə qeyd etməyi planlaşdırıblar.

Chosen
29
sia.az

1Sources