EN

ABŞ-da təbii fəlakət: 9 milyon insan zərər çəkib, ölənlər var

ABŞ-da

ABŞ-ın Missuri, Arkanzas, Texas, Oklahoma, Kanzas və Missisipi ştatlarında ölkənin Orta Qərbi və Cənubunu vuran güclü tufanlar nəticəsində azı 34 nəfər həyatını itirib.

Reyting.az
“NBC News” istinadla xəbər verir ki, fırtınalar 185.000-dən çox insanı elektriksiz qoyub, Arkanzasda 29 nəfəri yaralayıb, Oklahoma ştatında meşə yanğınları nəticəsində insanlar həlak olublar.

Missisipi, Alabama və Tennessi ştatları da daxil olmaqla, təxminən 9 milyon insan təbii fəlakətdən təsirlənib.

Daha 82,8 milyon insana, xüsusilə ölkənin mərkəzi hissəsində güclü külək xəbərdarlığı edilib.

Təhlükənin axşama doğru davam edəcəyi, tufanların şərqə doğru hərəkət edərək, sabaha qədər Şərq sahilinə çatacağı gözlənilir.

V. QULİYEV
Chosen
14
reyting.az

1Sources