EN

"Amerikanın Səsi"nin əməkdaşları inzibati məzuniyyətə göndərilib

"Amerikanın

1,3 mindən çox "Amerikanın Səsi" radiosunun işçisi administrativ məzuniyyətə göndərilib.“Ulusum”.az-ın iz.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə 15 martda şirkətin direktoru Maykl Abramoviç məlumat verib."83 il ərzində ilk dəfə olaraq əfsanəvi "Amerikanın Səsi" susduğuna görə dərin kədər hissi keçirirəm. Bu səhər mənə məlum oldu ki, "Amerikanın Səsi"nin işçi heyətinin demək olar ki, hamısı - 1300-dən çox jurnalist, prodüser və köməkçi personal administrativ məzuniyyətə göndərilib", - deyə Abramoviçin LinkedIn sosial şəbəkəsindəki mesajında qeyd edilib. O, əlavə edib ki, özü də digər əməkdaşlarla birlikdə məzuniyyətə göndərilib. Direktor həmçinin vurğulayıb ki, "Amerikanın Səsi"ni islahat etmək və inkişaf etdirmək lazımdır ki, o, mətbuat missiyasını davam etdirə bilsin. Onun fikrincə, işçilərin uzaqlaşdırılması qərarı düzgün deyil.

Diqqət Çəkənlər

Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO

Test: Psixoloji yaşınız neçədir?

Yaddaşlarda əfsanələşmiş sənətkar - Ağasadıq Gəraybəyli

Chosen
10
ulusum.az

1Sources