“Monako” və “Sevilya”nın sabiq futbolçusu Vissam Ben Yedder karyerasını İranda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu “Sepahan” ilə razılaşıb. Bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Ben Yedder ilə müqavilə mövsümün sonuna kimi olacaq.
2024-cü ilin yayında “Monako”dan ayrılan forvard bir ilə yaxındır, klubsuzdur.
“Sepahan” İran çempionatında 23 turdan sonra 46 xalla 2-ci sıradadır. Cənubi Azərbaycan təmsilçisi “Traktor” isə iki oyun az keçirib və 45 xalla 3-cüdür.