EN

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ÖLÜB

"Ənsar Allah" hərəkatının üsyançılarının (husilər) nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkədə bildirib.

“İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə hücumu nəticəsində 31 nəfər həlak olub, 101 nəfər yaralanıb”, - o deyib.

Chosen
12
13
unikal.az

10Sources