EN

Lənkəranskini bıçaqlayanı belə öldürüblər-YENİ TƏFƏRRÜATLAR

Suxumi klanın “beyni” hesab olunan Levan  ölən dostu ilə vidalaşmaq üçün Tiflisə qayıdıbmış və killer də sadəcə, mərasiminin keçirildiyi yerdə pusqu qurub

 Xəbər verdiyimiz kimi,  Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb.

Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu.

Ulusal.az  xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub.  Bəlli olub ki, Levan uzun müddət imiş  yalnız  mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Məlumata görə, bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.

Tiflisə isə vəfat edən  yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş. Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib.  O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə  nəzarət atəşi də açıb.

Mənbənin sözlərinə görə, Merab qardaşının qətlinin arxasında kimin ola biləcəyi ilə bağlı hələ dəqiq bir nəticəyə gəlməyib. Levanın kifayət qədər düşməni var idi. Eyni zamanda o, həmişə bazarlara, meyvə-tərəvəz bazalarına maraq göstərib, bu da Azərbaycan mafioz klanları ilə qanlı çəkişmələrə gətirib çıxarıb.

Yada salaq ki, Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski)  yaxınlıq da edib. Ancaq olduqca tez bir zamanda onlar arasında gərginlik başladı ki, onun əsas baiskarı  öldürülən Levan olmuşdu.

2012-ci ilin yayında Lənkəranskinin Dubayda Levan Canqveladze ilə söhbəti olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevriləndə gürcü bıçağı götürərək Rövşənə yüngül xəsarət yetirmişdi. Dubayda baş verən hadisələrdən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya bildirməyə çalışıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma son illər onlar Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Rusiya mənbələri qətldə Ded Xasan və onun  1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro)  qisas  versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri var idi.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınırdı.Musavat.com

Chosen
33
5
moderator.az

6Sources