Bakı. Trend:
Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aidhərbi kolona qarşı həyata keçirilən bombalı hücumda beş əsgər həlakolub, ən azı 12 hərbçi isə yaralanıb.
Trend-inməlumatına görə, hücum intiharçı-terrorçu tərəfindən həyatakeçirilib. Terrorçu partlayıcı maddələrlə dolu nəqliyyat vasitəsinihərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu "Bəlucistan Azadlıq Ordusu" adlıekstremist qruplaşma təşkil edib.