ABŞ təqribən on saat Yəməndə husi üsyançılarının hədəflərinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanbalı məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu şənbə günü təxminən saat 19:00-dan (Bakı vaxtı ilə 20:00) bazar günü saat 05:00-a (Bakı vaxtı ilə 06:00) qədər husilərin nəzarətində olan ərazilərini atəşə tutub.
Zərbələr paytaxt Səna, eləcə də Əl-beyda, Əl-Hüdeyda, Saada, Haca və Mərib əyalətlərinə endirilib.