EN

Öncə AFFA ilə müqavilə bağladı, sonra da klubla - SON DƏQİQƏ

Ayxan Abbasov bundan sonra eyni vaxtda iki yerdə işləyəcək.

Bugünlərdə U-21 yığmasının sükanı arxasına keçən mütəxəssis «Şamaxı»da da fəaliyyətini davam etdirəcək.

“Şirlər“uzun sürən danışıqların yekununda onun şərtləri ilə razılaşıb.

Abbasov AFFA ilə 2 illik kontrakta imza atıbsa, əyalət təmsilçisi ilə yeni sözləşməsi 2026-cı ilin yayınadək qüvvədə qalacaq.

Hazırkı köməkçiləri də onunla birlikdə daha 1 il burada çalışacaq.

O, 2024-cü ilin iyununda - «Turan Tovuz»dan uzaqlaşdırılandan bir neçə gün sonra «Şamaxı»ya gəlb.

26 tura 27 xal toplayan kollektiv Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən demək olar gəlib. Yeddinci pillədədirlər.

SPORTİNFO.AZ

Chosen
15
7
sportinfo.az

10Sources