EN

Filmləri Rusiyadan milyonlarla dollar gəlir gətirdi

Türkiyəli aktyorlar Hande Erçel və Barış Arduçun baş rollarını paylaşdığı "Rüzgara bırak" filmi Rusiyada "İlin ən çox gəlir gətirən filmləri" siyahısında 6-cı yerdədir.

"Ölkə.az" xəbər verir ki, ekran işinin 5-ci həftəsində 594 minə yaxın izləyicisi olub və 3 milyon 102 min 499 dollar (114 milyon TL) gəlir əldə edib.

Film Rusiyanın ən böyük rəqəmsal platforması olan İVİ-nin onluq siyahısında 2 həftədir 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, aktyorlar bir müddət əvvəl ekran işinin qalası üçün Moskvaya getmişdilər.

Chosen
38
4
olke.az

5Sources