EN

Diniyev oynadı, komandası qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci liqasının növbəti turunda üç xal qazanıb.

Bizim.Media xəbər verir ki, komanda evdə iki dəfə hesabda geri düşməyinə və 75-ci dəqiqədən azlıqda qalmağına baxmayaraq, "Keçiörengücü"nə qalib gəlib - 3:2.

Start heyətində meydana çıxan Diniyev fəallığı ilə seçilmədiyindən fasilədə əvəzlənib.
Qeyd edək ki, "Çorum" 30 turdan sonra 45 xalla 7-ci pilləyə yüksəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
20
1
bizim.media

2Sources