EN

Premyer Liqa klubunda ayrılıq xəbəri RƏSMƏN TƏSDİQLƏNDİ

"Səbail" baş məşqçisi Cavid Hüseynovla yollarını rgsmən ayırıb.

Klubun mətbuat xidməti Sportinfo.az-ın az öncə yaydığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sebail/86131.html).

“Səbail” Cavid Hüseynova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

37 yaşlı mütəxəssis ötən ilin noyabrında Bayıl klubuna təyinat almışdı.

"Səbail" Premyer Liqanın turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Chosen
20
12
sportinfo.az

10Sources