Rusiya Prezidenti Vladimir Putinlə görüş pozitiv keçdi.
Azreform.info Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Prezident Putinlə görüşüm təxminən üç-dörd saat çəkdi. Çox pozitiv idi. Bu, Ukraynadakı münaqişənin həlli yollarına əsaslanan müzakirə idi. Mən onu məhz belə təsvir edərdim”, - Uitkoff bildirib.