EN

Diniyevin komandası 10 nəfərlə qalib gəldi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, sözügedən komanda 30-cu turda öz meydanında “Keçiöregücü” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Diniyev fasiləyə qədər oynayıb. Coşqun meydanı tərk edərkən komandası 1:2 hesabı ilə məğlub durumda olub. "Çorum"un müdafiəçisi Kadir Seven 75-ci dəqiqədə qırmızı vərəqə alıb komandasını azlıqda qoysa da, meydan sahibləri 90+6-cı dəqiqədə qələbə qolunu vurub. 

Bu nəticədən sonra “Çorum” 45 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Chosen
39
teleqraf.com

1Sources