EN

Xalq artisti Ənvər Həsənov vəfat etdi

23:00 16.03.2025
23:00 16.03.2025

Xalq artisti Ənvər Həsənov vəfat edib.

Mynews.az xəbər verir ki, bu barədə APA -ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

***

Mərhum aktyorun qızı Aytən Həsənova “Report”a Xalq artistinin Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacağını bildirib.

Onun sözlərinə görə, aktyorla vida mərasimi evində olacaq.

A.Həsənova vida və dəfn mərasimində medianın çəkiliş aparmamasını xahiş edib.


Chosen
130
25
mynews.az

10Sources