EN

“Arsenal” “Çelsi”yə qalib gəldi

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Arsenal” evdə “Çelsi”yə, “Fulhem” isə “Tottenhem”ə qalib gəlib. Səfərdə “Lester Siti” ilə qarşılaşan “Mançester Yunayted” də darmadağına sevinib.

Bu turun “Aston Villa” – “Liverpul” oyunu fevralın 19-da keçirilib və 2:2 hesabıyla yekunlaşıb. “Nyukasl” – “Kristal Pelas” oyunu isə aprelin 16-da keçiriləcək.

Hazırda 70 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 58, “Nottingem Forest” 54, “Çelsi” 49, “Mançester Siti” 48, “Nyukasl” və “Brayton” 47, “Fulhem” və “Aston Villa” 45, “Bornmut” 44, “Brentford” 41, “Kristal Pelas” 39, “Mançester Yunayted” 37 xal toplayıb.

İngiltərə Premyer Liqası
29-cu tur

15 mart

Everton – Vest Hem 1:1
Qollar: Obrayn, 90+1 – Souçek, 67.

İpsviç Taun – Nottingem Forest 2:4
Qollar: Kayuste, 82. Herst, 90+3 – Milenkoviç, 35. Elanqa, 37; 41. Jota Silva, 87.

Mançester Siti – Brayton 2:2
Qollar: Haland, 11-pen. Marmuş, 39 – Estupinan, 21. Xusanov, 48-öz qapısına.

Chosen
11
2
publika.az

4Sources