EN

Qurban Qurbanov: “Son anda federasiyadan xəbər etdilər ki...”

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Komitənin bütün üzvləri toplantıda iştirak etsə də, Qurban Qurbanov orada olmayıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin İcraiyyə Komitəsinin yığıncağa qatılmamasının səbəbi bilinib.

Qurban Qurbanov bununla bağlı sualı cavablandırıb:

"Əvvəlcədən həmin iclasın Tovuzda keçirilməsi razılaşdırılmışdı. Biz də iştirakımızı təsdiqləmişdik.

Lakin son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib işi olduğu üçün iclas Bakıda baş tutacaq".

İcraiyyə Komitəsinin iclası keçirildiyi gün Qurban Qurbanov "Qarabağ"la birlikdə Tovuza gəlib. “Köhlən atlar” Premyer Liqanın 27-ci turu çərçivəsində burada “Kəpəz”in qonağı olub (0:0).

Chosen
37
6
sportinfo.az

10Sources