Vatikan Roma Papası Fransiskin xəstəxanaya yerləşdirilməsindən sonra ilk fotosunu yayıb.
“Qafqazinfo” xəbər verir ki, fotoda pontifikin Romada “Gemelli” xəstəxanasının ibadət otağında əyləşdiyini görmək mümkündür.
Xatırladaq ki, 88 yaşlı Roma Papası fevralın 14-dən ictimaiyyət arasında görünməyib. Bu müddət ərzində onun fotosu belə yayımlanmayıb.
Papa fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alır. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.