EN

BMT Qəzza ilə bağlı bəyanat yayıb

AzVision.az xəbər verir ki, WFP-nin “X” sosila şəbəkəsində yerləşdirdiyi məlumatda bütün sərhəd keçidlərinin həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalması səbəbindən martın 2-dən Qəzzaya ərzaq çatdırılmadığı vurğulanır.

“İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb”,- BMT qurumu bildirir.

Aİ Qəzzaya monitorinq missiyası göndərib -FOTOLAR
Xatırladaq ki, yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.

Lakin HƏMAS-ın ABŞ-nin xüsusi nümayəndsəiStiven Vitkoffun Fələstin anklavında atəşkəslə bağlı danışıqları davam etdirmək planından boyun qaçırdığına görə, martın 2-dən İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçid məntəqələrini bağlayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
5
22
azvision.az

10Sources