EN

Yasamalda 2 avtomobil TOQQUŞDU:Maşınlar yararsız hala düşdü - VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Renault Megane" və "Mercedes" markalı avtomobillər toqquşaraq yararsız hala düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli açıqlamasında faktı təsdiqləyib.

"Hadisə martın 17-si, saat 00:05-də A.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. 99-MB-301 dövlət nömrə nişanlı "Renault Megane" və 99-NE-093 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - R.Əhmədli qeyd edib.

Chosen
3
2
avtosfer.az

4Sources