EN

Türkiyədə yaşayan azərbaycanlı aktrisa serialdakı partnyoru ilə sevgili oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nesrin Cavadzadə ilə aktyor Pamir Pekin arasında eşq münasibəti başlayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, cütlük hazırda böyük izləyici kütləsinə malik "Sandık Kokusu" serialında Ayça və Hakan obrazlarını canlandırır və çəkilişlər zamanı da aktyorların dostluğu sevgiyə çevrilib.
Pamir Pekin sosial media hesabında Nesrin Cavadzadə ilə fotolarını paylaşaraq münasibətlərini açıqlayıb.
42 yaşlı Nesrin və 46 yaşlı Pamirin münasibətlərinə izləyicilər tərəfindən müsbət şərhlər gəlib, pərəstişkarları aktyorların bir-birilərinə yaraşdıqlarını bildiriblər.
Chosen
25
14
oxu.az

10Sources