EN

Mahsun Kırmızıgül dəfnində iştirak edə bilmədiyi şəxsin məzarı başında hönkür-hönkür ağladı - VİDEO

Mahsun Kırmızıgül dəfnində iştirak edə bilmədiyi şəxsin məzarı başında hönkür-hönkür ağladı - VİDEOÖtən il anası Faike Arığı itirən Mahsun Kırmızıgül ötən günlərdə ögey anası Zühre Bazencirin ölüm xəbəri ilə sarsılıb.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, xaricdə olduğu üçün ögey anasının dəfnində iştirak edə bilməyən məşhur sənətçi Türkiyəyə qayıdan kimi Bingölə gedib.

Zühre Bazencirin məzarını ziyarət edən Kırmızıgül orada göz yaşlarına boğulub.

Həmin anları sosial media hesabında "Annem Annem" mahnısı ilə paylaşan Mahsun Kırmızıgül, "Türkiyəyə dönən kimi ilk dayanacağım Bingöl oldu. Anam Zühre Bazencirin qəbrini ziyarət etmək, onun ardınca dua etmək mənim üçün bir vəfa borcu idi. Orada, rəhmətlik əmimin ailəsi, ailəmizin böyüyü və bacılarımla uzun müddət söhbət etdik, keçmişi xatırladıq", - fikrlərini bölüşdü.

Chosen
10
sonxeber.az

1Sources