2025-ci ilin yanvar-fevral ayları ərzində (ilk 2 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi dəyəri 8 milyard 904 miylon 491 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
O cümlədən, il 2 ayda ixrac əməliyyatlarının dəyəri 4 milyard 766 milyon 470 min ABŞ dolları, idxal əməliyyatlarının dəyəri isə 4 milyard 138 milyon 21 min ABŞ dolları təşkil edib. Nəticədə saldo müsbət 628 milyon 450 min ABŞ dolları təşkil edib.
Fevralda Azərbaycanın ixracının cəmi dəyəri 1 milyard 728 milyon 16 min ABŞ dolları, idxalının cəmi dəyəri isə 2 milyard 85 milyon 588 min ABŞ dolları olmuş, saldo mənfi 357 milyon 572 min ABŞ dolları təşkil edib.