EN

Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının tapıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, Pensilvaniya Universitetinin arxeoloji qrupunun cənubda Abydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid bir kral məzarı aşkar etdiyi bildirilib.

Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası da aşkar edib.

Chosen
6
1
operativmm.az

2Sources