EN

Bu işçilərin maaşı ARTIRILDI

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) müəllimlərinin və işçi heyətin maaşları 10 faiz artırılıb. 

News24.az-ın xəbərinə görə, bu qərar təhsil müəssisəsində çalışan pedaqoqların maddi rifahının yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib. 

Maaş artımı mart ayından etibarən tətbiq olunacaq.

Qeyd edək ki, bu addım ölkədə ali təhsil sektorunda çalışan mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində atılıb.

Aqil Qarayev

Chosen
10
news24.az

1Sources