Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən ANKA III pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN şirkətinin LGK-82 lazer tuşlama dəsti ilə atış həyata keçirib.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, atış zamanı ANKA III PDT, LGK-82 ilə hədəfi dəqiq şəkildə vurub.
Qeyd edilib ki, bununla da daha bir qabiliyyət ANKA III pilotsuz döyüş təyyarəsinə qazandırılıb.