EN

Bakı-Tbilisi-Bakı dəmir yolu reysi bərpa edilir? - AÇIQLAMA

Bakı. Trend:

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələqərar qəbul edilməyib.

Trend xəbərverir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərəaçıqlamasında deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlamavermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - obildirib.

Xatırladaq ki, daha öncə Gürcüstanın baş naziri İrakli KobazidzeDubaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki,Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpasıilə bağlı danışıqlar aparır.

Chosen
24
7
az.trend.az

8Sources