EN

Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi açıqlanıb

Almaniya Ukraynaya döyüş sursatları, raketlər, pilotsuz uçuş aparatları (PUA), zirehli maşınlar və digər sistemlərdən ibarət yeni hərbi yardım paketi ayırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.

Hərbi yardım paketinə daxildir:

24 ədəd MRAP tipli zirehli maşın;

“Leopard 1” tankları və “Marder” PDM-ləri üçün döyüş sursatları;

3 ədəd “Gepard” zenit-top kompleksi və ehtiyyat avadanlıqlar;

“Gepard”lar üçün 10000 ədəd sursat;

IRIS-T SLM raketi;

5000 ədəd 155 mm-lik artilleriya mərmisi;

2000 ədəd 122 artilleriya mərmisi;

50 ədəd “Vector” kəşfiyyat PUA-sı;

30 ədəd “Gereon RCS” yersüstü robotu;

2 ədəd WISENT 1 minatəmizləmə maşını;

556 lazer məsafəölçən;

2 ədəd sərhəd mühafizə maşını;

8000 ədəd 120 mm-lik minaatan mərmisi;

95 ədəd MK 556 avtomatı;

1340 ədəd HK 416 avtomatı və s.

Chosen
50
poliqon.az

1Sources