EN

Bakı-Tbilisi-Bakı dəmir yolu reysi bərpa edilir?

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar qəbul edilməyib.

"Unikal" xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - o bildirib.

Chosen
24
7
unikal.az

8Sources