EN

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-fevralaylarında daşınmış yüklərin həcmi 1 milyon 463,8 min ton təşkiledib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrünənisbətən 14,9 faiz artıb. Yüklərin 47,5 faizini neft yükləri təşkiledib.

Hesabat dövründə dəniz limanları tərəfindən 2 milyon 369,6 minton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1milyon 856,9 min tonunu və ya 78,4 faizini tranzit yüklər təşkiledib.

2025-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərinhəcmi 143,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı2024-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 4,2 min nəfərolub.

Chosen
30
2
az.trend.az

5Sources