EN

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - AÇIQLAMA

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar qəbul edilməyib.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - o bildirib.

Chosen
15
7
adalet.az

8Sources