Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa fevral ayında Türkiyə lideri Recep Tayyip Erdoğanla görüşəndə onu, ilk dəfə olaraq, həyat yoldaşı Lətifə müşayiət edib.
Suriyanın birinci xanımı türkiyəli həmkarı ilə görüşdükdən sonra heç bir açıqlama verməsə də sosial şəbəkələrdə onların birgə fotosu yayılıb. Bəs, Lətifə əl-Droubi kimdir?
Dəyişən Suriya
"Heyət Təhrir əl-Şam " adlanan islamçı yaraqlı qrupun (HTŞ) Dəməşqi ələ keçirməsi, Bəşər Əsəd və ailəsini Moskvaya qaçmağa məcbur etməsindən üç ay keçir.
Həmin vaxt diqqətin böyük hissəsi üsyançı lider Məhəmməd əl-Colaniyə yönəlmişdi: o, cihadçı keçmişi ilə əlaqəli təxəllüsdən imtina edib əsl adını - Əhməd əl-Şaraaya qaytarmağa qərar vermiş və sonra Suriyanın müvəqqəti prezidenti təyin edilmişdi.
Fevralın əvvəlində əl-Şaraa Suriya lideri kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edərək iki ölkə arasında əməkdaşlığı müzakirə etmək üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdü. Bu zaman media və sosial şəbəkələr Ümrə ziyarətində Şaraanı müşayiət edən qadına - onun həyat yoldaşı və Suriyanın birinci xanımı Lətifə əl-Droubiyə (həmçinin Lətifə əl-Şaraa kimi də tanınır) də diqqət yetirdilər.
Bundan sonra Suriyanın müvəqqəti prezidenti Türkiyə lideri Recep Tayyip Erdoğanla danışıqlar aparmaq üçün Ankaraya getdi. Lətifə əl- Droubi bu dəfə də rəsmi səfərə qatıldı.
Kimdir? Nədir? SuriyaSuriya: Ələvilər kimlərdir və onlara qarşı zorakılığın arxasında nə dayanır?İlham Əliyev: "Əsəd diktaturası tarixin zibilliyinə göndərilib"
Şəklin mənbəyi, Türkiyə Prezidentinin Ofisi/ Mustafa Oztartan /Anadolu Agentliyi/Getty Images