19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) Bosniya və Herseqovina və Xorvatiya ilə oyunları üçün təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, U-19 millimiz bu ay Avropa çempionatının əsas mərhələsi çərçivəsində öncə Bosniya və Herseqovina, daha sonra Xorvatiya yığmaları ilə qarşılaşacaq. Millimizin oyunlarını idarə edəcək hakimlərlə sizi də tanış edirik:
Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya).
26 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 19:00.
Xorvatiya – Azərbaycan
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya).
27 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 20:00.