EN

“Connectronic” şirkəti Bakıda “TP-Link”in şourumunu açdı - Fotolar

Dünya miqyaslı “TP-Link” brendinin Azərbaycandakı rəsmi distribütoru olan “Connectronic” şirkəti Azərbaycanda ilk dəfə olaraq “TP-Link” brendinə məxsus şourumunun açılışını etdi.

“Qafqazinfo” xəbər verir ki, burada “TP-Link” brendinə məxsus “VIGI”, “Tapo”, “Omada”, “Mercusys” və “Aginet” məhsullarının nümayişi və satışı baş tutacaq.

Açılışda fəxri qonaqlar qismində “TP-Link” şirkətinin region üzrə ümumi direktoru Lucas Jiang, regional rəhbəri Max Zhou və digər rəsmiləri, həmçinin Azərbaycanın rəsmi dövlət nümayəndələri və tanınmış şirkətlərin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, ötən il “Connectronic” şirkəti “VIGI” və “Mercusys” üzrə eksklüziv olmaqla, yuxarıda sadalanan istiqamətlər üzrə “TP-Link” brendinin rəsmi distribütorluğunu alaraq və qısa zamanda bir çox uğurlu layihələrə imza atıb.

İndi isə “Connectronic” şirkətinin Azərbaycan bazarı üçün satışını həyata keçirdiyi “TP-Link” məhsulları haqqında qısa məlumat vermək istərdik:

“VIGI – IP” videomüşahidə həllərindən ibarət olmaqla, ən son texnoloji yenilikləri özündə əks etdirən, həmçinin videomüşahidə avadanlıqlarından istifadəni asanlaşdıran və əlçatan edən məhsullardan ibarətdir.

“Tapo” – ağıllı ev sistemini əhatə edən videomüşahidə kameraları, ağıllı sensorlar, ağıllı domofonlar, ağıllı elektrik yuvaları, ağıllı lampalar, ağıllı elektrik cərəyanı idarəediciləri və s. məhsullardan ibarətidr. Ən çox “dayə kamerası” kimi tanınan Tapo kameraları artıq bir çox valideynin texnoloji dostuna çevrilmişdir və fərdi yaşayış sahələrində geniş istifadə edilməkdədir.

“Omada” – kiçik və orta biznes subyektlərinin şəbəkə həllərini əhatə edən bu məhsullar, yüksək keyfiyyət simvolu olaraq artıq Azərbaycan bazarında sürətli internet, stabil bağlantı və uzunmüddətli istifadə sayəsində biznes sahiblərinin bir nömrəli seçiminə çevrilmişdir.

“Mercusys” – ənənəvi “TP-Link” keyfiyyəti artıq daha sərfəli və əlçatandır. Mercusys şəbəkə avadanlıqları yüksək “TP-Link” keyfiyyəti və sərfəli qiymətləri özündə birləşdirərək hər büdcəyə uyğun, stabil və sürətli interneti təmin edən avadanlıqlar təqdim edir.

“Aginet” – bu məhsullar isə ISP (Internet Service Provider) şirkətlərinin həlləri üçün nəzərdə tutulub və artıq Azərbaycan bazarında geniş miqyasda istifadə edilməkdədir. Xüsusilə GPON layihələri üçün əvəzedilməz olan Aginet həlləri hər istifadə zamanı dəfələrlə öz gücünü və keyfiyyətini sübut etmişdir.

“Connectronic” – təhlükəsizliyin yeni adı!

Telefon: (099) 999 90 66

Mail: [email protected]

Baş ofis: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 44

Mağaza: Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 21







Chosen
25
3
qafqazinfo.az

10Sources