EN

Naxçıvanda atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə 170 min manata yaxın cərimə tətbiq edilib

Bakı.Trend:

Ötən il Naxçıvanda ətraf mühitə təsir hallarınınqiymətləndirilməsi məqsədilə 1820 reyd-yoxlama keçirilib, 188inzibati xəta halı qeydə alınıb.

Trend xəbərverir ki, bunu bu gün Naxçıvan Muxtar Respublikasının Ekologiya vəTəbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunları vəgələcək perspektivlər barədə mətbuat konfransında deyib.

"Balıq və digər su bioresurslarının mühafizə və ov qaydalarınınpozulmasına, yaşıllıq sahələrinə vurulmuş ziyana və məhvedilməsinə, yer təkindən qanunsuz istifadə edilməsinə,tullantıların düzgün idarə edilməməsinə, atmosfer havasınınmühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə İnzibatixəta və dəymiş ziyana görə ümumilikdə 167.090 manat məbləğindəcərimə tətbiq edilmiş, 47.070 manat cərimə məbləğinin icrası təminedilmişdir. 62 ictimai-iaşə obyektinə qaz-toztutucu qurğuquraşdırılıb", - o bildirib.

Onun sözlərinə görə, qaz-toztutucu qurğuların quraşdırılmasınagörə 526 ictimai iaşə müəssisəsinə və gəc sexinə məcburi göstərişverilib.

"Çirkab suların Naxçıvan şəhərində mərkəzi kanalizasiyaşəbəkəsinə qoşulması məsələsinin araşdırılması üçün monitorinqlərdavam etdirilmiş, kanalizasiya şəbəkəsi olmayan, kanalizasiyaşəbəkəsinə qoşulmayan fərdi yaşayış evlərinin və qeyri-yaşayışobyektlərinin rəqəmsal xəritəsi və yekun arayış hazırlanmışdır.Xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlərkeçirilmiş, 1 ton daşduz, 70 kip qaba yem dağıdılmış, 1 ədəd sunovu yerləşdirilmişdir. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasınagətirilməsi nəzərdə tutulan fauna növlərinin reintroduksiyaproqramı hazırlanmışdır. Biomüxtəlifliyin qorunması, balıqbioresurslarının artırılması məqsədilə 250 min ədəd sazan balığınınkörpələri Heydər Əliyev Su anbarına və Uzunoba su anbarınaburaxılıb, fauna növlərinin tarixi areallarına reintroduksiyası iləbağlı isə 40 kəklik, 15 turac təbiətə buraxılıb. Eyni zamandamuxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərindən 4ədəd bezoar dağ keçisi xüsusi hazırlanmış qəfəslərə yerləşdirilərəkpopulyasiyalarının bərpası və onların ölkə təbiətinə reintroduksiyaolunması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyinə təhvil verilib", - deyə X. Mustafayev qeydedib.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources