EN

Naxçıvanda ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ötən ay 70 min manata yaxın vəsait daxil olub

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyi və tabeli qurumlarına dövlət büdcəsindən 2025-ci il üzrə6.4 milyon manat vəsait ayrılıb və bu ilin yanvar-fevral aylarıərzində 791.1 min manat vəsait xərclənib.

Trend xəbərverir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ekologiya vəTəbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar vəgələcək perspektivlər barədə bu gün keçirilən mətbuat konfransındaməlumat verib.

O bildirib ki, nazirliyin büdcədənkənar fonduna 290.2 min manatvəsait daxil olub, 269.1 min manat vəsait isə xərclənib: “Ətrafmühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlətfonduna 1 milyon manat vəsait daxil olmuş, 627.3 min manat vəsaitisə xərclənmişdir. Ümumilikdə, nazirliyin büdcədənkənar vəsaithesabına 1.3 milyon manat vəsait daxil olmuş, 693.8 min manatvəsait isə xərclənmişdir.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrədövlət fonduna 2025-ci ilin fevral ayı ərzində 69.6 min manatvəsait daxil olmuş, vəsait xərclənməmişdir. Ümumilikdə, nazirliyinbüdcədənkənar vəsaiti hesabına 110.8 min manat vəsait daxilolub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu olan“Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin hesabına yaşıllıqlarınköçürülməsi ilə əlaqədar 3 min manat vəsait daxil olmuşdur.

Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə AgentliyiPHŞ-nin fiziki və hüquqi şəxslərə göstərdiyi xidmətə görə 32,4 minmanat vəsait daxil olmuşdur.

Digər istiqamətlər üzrə formalaşmış gəlir və xərclərə dairvəsait daxil olmamışdır”, - deyə nazir qeyd edib.

Chosen
12
az.trend.az

1Sources