EN

Tramp Baydenin əfv fərmanlarını etibarsız sayıb

ABŞ-ın keçmiş prezidenti Co Baydenin əfv fərmanları avtomatlaşdırılmış cihaz tərəfindən imzalandığı üçün etibarsız sayılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Bayden onları imzalamadı, amma daha da əhəmiyyətlisi, onlar haqqında heç nə bilmirdi!” – Tramp vurğulayıb.

ABŞ prezidenti bildirib ki, bu əfv sənədlərinin “hüquqi qüvvəsi yoxdur”. Eyni zamanda, o, bu fərmanlardan xəbəri olanların “cinayət törətmiş ola biləcəyini” də istisna etməyib.

Tramp əlavə edib ki, araşdırma “ən yüksək səviyyədə” aparılacaq.

Chosen
8
nocomment.az

1Sources