EN

Ukrayna Aİ-ə çağırış edib

Ukrayna Avropa İttifaqından (Aİ) 17-ci anti-Rusiya sanksiyalar paketinə nüvə enerjisini daxil etməyi tələb edir.

Ukrayna Avropa İttifaqından (Aİ) 17-ci anti-Rusiya sanksiyalar paketinə nüvə enerjisini daxil etməyi tələb edir, lakin Macarıstan buna yol verməyəcək.

Operativ Media xəbər verir ki, bunu Brüsseldə Aİ ölkələrindən olan həmkarları ilə müşavirədə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Qeyd olunub ki, 17-ci sanksiya paketinin hazırlanması məsələsi Avropa İttifaqında böyük həvəslə müzakirə olunur.

"Ukrayna xarici işlər naziri artıq bu sanksiyalar paketinin nüvə enerjisinə də şamil olunmasını tələb edib, burada yeni bir şey yoxdur. Buna bənzər ideyalar əvvəllər də Brüsseldə səslənib", - P.Siyarto bildirib.

Chosen
16
1
operativmedia.az

2Sources