“Tarixin bir günü” verilişində təsirli anlar yaşanıb.
Yenisabah.az xəbər verir ki, prodüser və aparıcı Tarix Əliyevin Xalq artisti Aygün Kazımova haqqında söylədiyi nitq sənətçini duyğulandırıb.
Pop diva ilk dəfə illər öncə həyatının çətin məqamlarından danışıb və özü-özünə müraciət edərək keçmişin ağrılı xatirələrini bölüşüb:
“Aygün, nə etdinsə, düz etdin. Çox risklərə getdin. Amma düz etdin. Atasız bir uşaq idin. Nəsil-kök sənə qarşı idi. Gənc yaşında ananı itirdin. Bir övlad kimi zəiflədin. O vaxt gənc qız idim. Övladım qolumda. Qolum artıq nəs qalmışdı. Artıq qolum qurumuşdu. Bir qolumda qızım, paltarları isə o biri qolumda. Həyatında elə şeylər yaşandı ki, onu sən heç cürə bölüşə bilməzdin. Bəlkə kimsə, hansısa aparıcı sual versə idi, sən o sualı cavablandırardın. Amma heç kim gedib oralara çatmadı. O dərinliklərə enmədi ki, sualı sənə versin, sən də onu cavablandırasan”.
Aytac Şahin
Telegram kanalımız