Türkiyə Super Liqasında daha bir derbi oyunu əcnəbi hakimə tapşırıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, söhbət “Beşiktaş” – “Qalatasaray” görüşündən gedir. İddia edilir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan İrfan Pelito idarə edəcək.
Martın 29-da keçiriləcək “Beşiktaş” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.